"Dang" virusuna yoluxanların sayı ARTIB
İranda "dang" virusuna yoluxanların sayı son gündə 12-ə çatıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.
Məlumata görə, xəstələrin hamısı Bandar-Lenghehdə qeydə alınıb. Onlar qızdırma şikayətilə xəstəxanaya müraciət ediblər.
Ümumdünya Səhiyyə Təşkilatı İran Səhiyyə Nazirliyinin xəstəxanaların hazırlığının gücləndirilməsi üçün tədbirlər gördüyü və nəzarəti artırdığını, risk kommunikasiyası eləcə də ictimaiyyətin iştirakı ilə bağlı fəaliyyətlərin təşkilini dəstəklədiyini bildirib.
Türkan İSGƏNDƏRLİ