Pakistan BMT-nin bu qərarını DƏSTƏKLƏYİR
Pakistan BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin İsrailin Fələstin ərazilərində mövcudluğunu tanımamaq qərarını dəstəkləyir.
Redaktor.az xəbər verir ki, bu barədə Pakistan İslam Respublikası Xarici İşlər Nazirliyi bəyanatı yayıb.
"İsrail qeyri-qanuni işğalına və məskunlaşma fəaliyyətinə son qoymağa o cümlədən dəymiş ziyanı ödəməyə borcludur. Ümid edirik ki, Məhkəmənin qərarı İsrailin işğala son qoymasına mühüm addım olacaq." - deyə bəyanatda qeyd olunub.
Xatırladaq ki, iyulun 19-da BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi Fələstin torpaqlarının işğalı ilə bağlı məsləhətçi rəyini açıqlayıb. Sənədə əsasən, İsrail Fələstin torpaqlarının işğalı nəticəsində bütün fiziki və hüquqi şəxslərə dəymiş ziyana görə kompensasiya ödəməlidir.
Türkan İSGƏNDƏRLİ