Hava şarı prezident binasına DÜŞDÜ
Şimali Koreya Cənubi Koreyaya cənub zibil balonları göndərməyə davam edir.
Redaktor.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Yonhap xəbər agentliyi məlumat yayıb.
Agentlik bildirir ki, uçan şarların son partiyasını izləyərkən prezident iqamətgahı ərazisinə düşüb. Sakinlərdən bu obyektlərə yaxınlaşmamağı və dərhal polisə və ya hərbçilərə məlumat verməkləri barədə xəbərdarlıq edilib.
Cənubi Koreya hərbçiləri potensial təhlükəli məzmunun daha geniş əraziyə səpələnməsinin qarşısını almaq üçün havada olarkən balonları vurmurlar.
Xatırladaq ki, daha öncə Cənubi Koreya Şimali Koreyaya cavab olaraq sərhəddə səsgücləndiricilərin köməyilə təbliğat xarekterli elanlar səsləndirilib.
Türkan İSGƏNDƏRLİ