Sərnişin təyyarəsi qəzaya uğradı

 10:54 24.07.2024     336

Saurya Hava Yollarına məxsus təyyarə Nepalın paytaxtı Katmanduda "Tribhuvan" Beynəlxalq Hava Limanından qalxarkən qəzaya uğrayıb. 

Redaktor.az xəbər verir ki, bu barədə “Kathmandupost” məlumat yayıb.

Nepalın mərkəzi şəhəri Poxaraya gedən təyyarədə ekipaj da daxil olmaqla 19 nəfər olub. Onlardan 5 nəfəri ölüb. 

Bildirilib ki, hadisə yerində polis və yanğınsöndürmə qrupları xilasetmə işləri aparıb. Digər təfərrüatlar hələlik açıqlanmayıb.

Sevinc İBRAHİMZADƏ

Vumart və Güvən reklamı Vumart Güvən