Belarusun xarici işlər naziri Pxenyana GETDİ

 11:05 24.07.2024     269

Belarusun xarici işlər naziri Maksim Rıjenkov Pxenyana səfər edib.

Redaktor.az xəbər verir ki, bu barədə Şimali Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumatı yayıb.

Məlumata görə, onu Pxenyan beynəlxalq hava limanında KXDR Xarici İşlər Nazirliyinin müavini Kim Çen Gyu qarşılayıb.

Səfər 26 iyulda başa çatacaq.

Türkan İSGƏNDƏRLİ