Zaxarovadan ABŞ-yə: "Çox gülməlidir"
"Rusiya suveren dövlətlərin daxili işlərinə qarışmır".
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
"Seçkilərə müdaxiləyə gəlincə, bu, həqiqətən çox gülməlidir. Fakt budur ki, öz dərdləriniz, səhv hesablamalarınız, problemlər, səhvlər, çatışmazlıqlar üçün Rusiyanı günahlandırmaq, mənə elə gəlir ki, bu, xəstəliyin təzahürüdür. Biz bir daha təsdiq edirik ki, biz suveren dövlətlərin daxili işlərinə qarışmırıq, ABŞ-dəki seçki proseslərinə təsir göstərmirik və ya onlara təzyiq göstərmirik”, - deyə diplomat qeyd edib.
Turan İSMAYIL