Daha 25 fələstinli əsir GÖTÜRÜLDÜ
İsrail əsgərləri İordan çayının qərb sahilində daha 25 fələstinlini həbs edib.
Redaktor.az xəbər verir ki, bu barədə Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatı məlumat yayıb.
Məlumata görə, həmin fələstinlilər İsrail əsgərlərinin İordan çayının qərb sahili və Qüdsə edilən basqınlarında saxlanılıb. Məhbusların uşaq, qadın, tələbə, jurnalist və yaralılar olduğu bildirilib.
Xatırladaq ki, oktyabrın 7-dən bəri işğal altındakı İordan çayının qərb sahilində nəzarətə alınan fələstinlilərin sayı 9 min 785-ə yüksəlib.
Türkan İSGƏNDƏRLİ