İki ölkənin sərhəd prosedurları sərtləşdiriləcək

 17:06 24.07.2024     271

Litva Sərhəd Xidməti Rusiya ilə sərhəd zonasına giriş və orada qalma prosedurunu sərtləşdirəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Litvanın Daxili İşlər Nazirliyi yanında Dövlət Sərhəd Xidmətinin rəisi general Rustamas Lyubaevas məlumat yayıb.

O qeyd edib ki, bu tədbirlər bütün Rusiya-Litva sərhədinə şamil edilmir. Lyubaevasın sözlərinə görə, ən problemli sahələr var ki, orada təhlükəsizlik tədbirlərinin gücləndirilməsi zəruridir.

General həmçinin bildirib ki, sərhədçilərə sərhəd bölgəsində insanlara nəzarət etməkdən daha geniş səlahiyyətlər verilməlidir. Lakin o, bu səlahiyyətlərin nə ola biləcəyini açıqlamayıb.

Sevinc İBRAHİMZADƏ