Almaniyada növbəti parlament seçkilərinin tarixi AÇIQLANDI
Almaniyada növbəti parlament seçkiləri 2025-ci il sentyabrın 28-də keçiriləcək.
Redaktor.az xəbər verir ki, bu barədə “Die Welt” qəzeti məlumat yayıb.
Materialın müəllifləri qeyd ediblər ki, tarixlə bağlı yekun qərarı Almaniya prezidenti verəcək, lakin o, adətən hökumətin tövsiyələrinə əməl edir.
Almaniya qanunlarına görə, proses bazar və ya bayram günlərində aparılmalıdır.
Qeyd edək ki, Almaniya kansleri Olaf Şolz iyulun 24-də keçirdiyi mətbuat konfransında 2025-ci ildə yenidən namizəd olacağını açıqlayıb. Onun sözlərinə görə, siyasətçinin təmsil olunduğu Almaniya Sosial Demokrat Partiyası qarşıdan gələn seçkilərdə qalib gəlməyi hədəfləyib.
Sevinc İBRAHİMZADƏ