Rusiyalı terroçu Türkiyədə SAXLANILDI
Moskvada minalanmış avtomobili partlayış törədən Rusiya vətəndaşı Türkiyənin Bodrum şəhərində saxlanılıb.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Əli Yerrlikaya məlumat verib.
“Bu gün İnterpolun Rusiya bölməsinin nümayəndələri bizim İnterpol departamentinin qərargahına zəng edərək Rusiya vətəndaşı Yevgeni Serebryakov adlı şəxsin avtomobildən istifadə edərək terror aktı törətdiyini bildiriblər. Moskvada terror aktı nəticəsində 2 nəfər yaralanıb, Moskva - Bodrum təyyarəsi ilə ölkəmizə gələn şəxs Muğla vilayətinin polis bölmələri tərəfindən Bodrumda saxlanılıb”, - nazir "X"də yazıb.
Sultan AYXAN