"İrəvanın Kiyevin seçdiyi yolu seçməyəcəyinə ümid edirik" - Peskov

 21:26 24.07.2024     288

"Rusiya Federasiyası Ermənistanı qardaş ölkə hesab edir və İrəvanın Kiyevin seçdiyi yolu seçməyəcəyinə ümid edir". 

Redaktor.az xəbər verir ki, bu barədə TASS agentliyinə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Biz bu cür axtarışlara hörmətlə yanaşırıq, lakin bu axtarışların Kiyev rejiminin vaxtilə seçdiyi rejimdə aparılmasını istəməzdik", - Peskov bildirib.

Yusif EYVAZLI