Dağıstanda Xəzər dənizində iki uşaq batdı
Dağıstanda iki oğlan Xəzər dənizində boğulub.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Bu gün Xəzər dənizində 7 yaşlı uşaq Oazis (Mahaçqala) tərəfində, 16 yaşlı yeniyetmə isə Sulak tərəfdə batıb”, - məlumatda deyilir.
Dağıstanın Daxili İşlər Nazirliyi suda tez-tez baş verən fövqəladə hallarla əlaqədar respublika sakinlərini uşaqlara nəzarəti gücləndirməyə çağırır.
"Suda son dərəcə diqqətli olun, dəniz xaindir, diqqətsiz olmayın", - qeyd edilib.
Yusif EYVAZLI