Etirazda ölənlərin sayı ARTIR
Banqladeşdə hökumət işləri üçün kvota sisteminə qarşı etirazlar nəticəsində yaranan etirazlarda ölənlərin sayı 197-yə yüksəlib.
Redaktor.az xəbər verir ki, bu barədə “Dhaka Tribune” qəzeti məlumat yayıb.
Məlumata görə, iğtişaşların səbəbi Ali Məhkəmənin İstiqlal Müharibəsində iştirak edənlərin ailələri üçün dövlət kvotasının 30-dan 5 faizə endirilməsi ilə bağlı qərarın qəbul edilməsi olub.
Etirazlara cavab olaraq "xaos" yaradanların tapılması üçün məhkəmə istintaq komissiyasının yaradıldığı açıqlanıb. Bildirilib ki, komendant saatı tədricən aradan qaldırılacaq, lakin zorakılıq yenidən baş verərsə, hökumət tədbir görəcək.
Bundan başqa ölkədə internet və mobil rabitədə yaranan kəsilmələrin də mərhələli şəkildə düzəldiləcəyi qeyd edilib.
Türkan İSGƏNDƏRLİ