Kreml Ermənistanı HƏDƏLƏDİ

 10:22 25.07.2024     263

"Rusiya ümid edir ki, Ermənistan Ukraynanın vaxtilə seçdiyi yolu seçməyəcək".

Redaktor.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Ermənistan suveren ölkədir. O özü qarşılıqlı fəaliyyətin prioritet sahələrini seçir. İrəvanın axtarışlarına hörmətlə yanaşırıq, lakin ümid edirik ki, bu axtarışlar vaxtilə Kiyev rejiminin seçdiyi yola gətirib çıxarmayacaq", - Peskov jurnalistlərin suallarını cavablandırarkən deyib.