UNİCEF: Qəzza zonası uşaqların fəlakətidir

 10:46 25.07.2024     232

İsrail hücumları Qəzza zolağında humanitar vəziyyəti fəlakətdən də pis günə qoyub.

Redaktor.az xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Rassel deyib.

Onun sözlərinə görə, zorakılıq hadisələrindən xilas olmaq üçün ailələr daim köçmək məcburiyyətində qalırlar.

"Heç bir vəsaiti olmayan həkimlər və tibb bacıları insanların həyatını xilas etmək üçün mübarizə aparır. Minlərlə oğlan və qız uşaqları xəstə, ac, yaraladır. Onların çoxu ailələrindən ayrıdır" ,- o qeyd edib. 

Suda aşkar olunan virusu da xatırladan Rassel, təşkilatın əlindən gəldiyini etdiyini ancaq İsrail qüvvələrinin onlara mane olduğunu bildirdi.

Türkan İSGƏNDƏRLİ