Yaponiya əhalisi sürətlə AZALIR
Yaponiyada 2023-cü ildə 730 min körpə doğulub. Bu da indiyə qədər olan ən aşağı səviyyə hesab olunur.
Redaktor.az xəbər verir ki, bu barədə Yaponiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Keçən il ölənlərin sayı 1,58 milyon olub. Bununla da ümumi əhali ardıcıl 15-ci ildir ki, yarım milyondan çox azalıb. Azalmaların səbəbi, gənc yaponların evlənmək istəməməsi və ya uşaq sahibi olmaq istəməməsidir.
2024-cü il yanvarın 1-nə ölkə əhalisinin sayı 124,9 milyon nəfərdir. Əhalinin 2070-ci ilə qədər təxminən 30 faiz azalaraq 87 milyona çatacağı proqnozlaşdırılır.
Türkan İSGƏNDƏRLİ