Daha 11 fələstinli əsir GÖTÜRÜLDÜ
İsrail əsgərləri İordan çayının qərb sahilində daha 11 fələstinlini həbs edib.
Redaktor.az xəbər verir ki, bu barədə Fələstinin rəsmi agentliyi WAFA məlumat yayıb.
Məlumata görə, İsrail əsgərləri İordan çayının qərb sahilinin Hebron şəhərində fələstinlilərin evlərinə basqın edib.
Ordu şəhəri mühasirəyə alıb, bölgəyə giriş-çıxışın qarşısını alıb.
Xatırladaq ki, oktyabrın 7-dən bəri işğal altındakı İordan çayının qərb sahilində nəzarətə alınan fələstinlilərin sayı 10 minə çatıb.
Türkan İSGƏNDƏRLİ