Kamala Harris prezident seçkilərində iştirak edəcək
ABŞ-nin hazırkı vitse-prezidenti Kamala Harris Demokratlar Partiyasının namizədi kimi prezident seçkilərində iştirak edəcək.
Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, o, seçki kampaniyasından ilk video paylaşıb.
Xatırladaq ki, ABŞ-nin hazırkı prezidenti Co Bayden seçkilərdə iştirakdan imtina edib.
Qeyd edək ki, Respublikaçılar Partiyasından prezidentliyə namizəd eks-prezident Donald Trampdır.
T.İSMAYIL