Litva müharibəyə görə kütləvi təxliyə planı hazırlayır

 18:49 25.07.2024     246

Litva hökuməti müharibə olacağı təqdirdə əhalinin kütləvi təxliyəsi planını hazırlayır

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Nəqliyyat Nazirliyi sakinlərin təxliyəsi planı üzərində işləyir”, – məlumatda bildirilib.

Planı hazırlamaq üçün bələdiyyələr təxliyə ediləcək insanların sayı, marşrutlar, insanların daşınması üçün nəqliyyat vasitələrinin mövcudluğu barədə məlumat verməli, həmçinin tələb olunan maliyyə xərclərini hesablamalıdır.