Bu ölkə ekoloji problemlərin həllində yeni metodu öyrənmək istəyir

 10:52 26.07.2024     231

Qırğızıstan ekoloji problemlərin həllində Rusiyanın təcrübəsini mənimsəmək istəyib.

Redaktor.az xəbər verir ki, bu barədə "State News" məlumat yayıb.

Ölkə havanın çirklənməsinə görə dünyada yeddinci yerdədir. Belə ki, qış dövründə evlər əsasən kömürlə qızdırıldığı üçün Bişkek tüstüyə bürünür.

Həmçinin respublika beş sahəni və on federal layihəni özündə birləşdirən Rusiyanın “Ekologiya” adlı layihəsində iştirak edir. Təmiz hava layihəsinə görə, 2030-cu ilə qədər Rusiyada emissiyalar iki dəfə azalmalıdır. Hazırda proqramda iştirak edən müəssisələr 2024-cü ilin əvvəlinə qədər zərərli emissiyaları 215 min ton (2017-ci ilin 9,64 faizi) azaldıb.

Qırğızıstan da hidrogen yanacaq elementlərinin nəqliyyatda istifadəsi üçün Rusiyada hazırlanmış metodu öyrənmək istəyir. Respublika ekoloji proqramlara özəl investisiyaların yatırılmasında, habelə istehsalın ekoloji cəhətdən modernləşdirilməsinə can atan sahibkarlıq subyektlərinə dövlət dəstəyində də maraqlıdır.

Sevinc İBRAHİMZADƏ