Qasırğa nəticəsində 36 nəfər həyatını İTİRİB

 11:46 26.07.2024     250

ABŞ-nin Texas sahillərini vuran "Beril" qasırğası nəticəsində ölənlərin sayı 36-ya yüksəlib.

Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, qasırğa səbəbindən ştatda ağaclar yollara aşıb, çoxlu sayda ev və iş yerinə ziyan dəyib.

İnsanlar tədbir görmək üçün pəncərələri lövhələrlə örtüblər. Təhlükə altında olan sahilyanı qəsəbələrin sakinləri öz yerlərini tərk etməyə başlayıblar.

Güclü külək və yağışlar səbəbiylə Texasın bəzi bölgələrində küçələr su altında qalarıb, 3 milyon insana xidmət edən elektrik enerjisində fasilələr yaşanıb.

Bunlardan başqa iki hava limanında 1000-dən çox reys ləğv edilib.

Türkan İSGƏNDƏRLİ