Macarıstanı yanacaq qıtlığı ilə üzbəüz qoyan PROBLEM

 12:39 26.07.2024     430

Sentyabr ayına qədər Rusiyanın Ukrayna ərazisindən neft tranziti problemi həll olunmasa, Macarıstan yanacaq qıtlığı təhlükəsi ilə üzləşəcək.

Redaktor.az xəbər verir ki, bunu Macarıstanın baş nazirinin administrasiya rəhbəri Qergeli Qulyas deyib.

O, əvvəlcədən çağırış edib ki, panikaya düşməsinlər, çünki hələlik ehtiyatlar çoxdur. Eyni zamanda bu vəziyyətdən çıxış yolunun gələn ay tapılmalı olduğunu da etiraf edib. Həmçinin Qulyas Kiyevin hərəkətlərini daim atəşkəs və sülh danışıqlarının başlanmasının tərəfdarı olan iki ölkə - Macarıstan və Slovakiyaya qarşı şantaj kimi qiymətləndirib.

Sevinc İBRAHİMZADƏ