"Trampın Rusiya ilə bağlı mövqeyi Baydendən fərqlənməyəcək" - Peskov

 15:23 26.07.2024     260

Donald Tramp yenidən prezident seçilsə onun ölkəmizlə bağlı mövqeyi sələfindən fərqlənməyəcək.

Redaktor.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

 

O, 77 yaşlı D. Trampın ABŞ-nin “rusofob” siyasi elitasını təmsil etdiyini vurğulayıb. Bildirib ki, məhz buna görə o seçildikdən sonra rəsmi Vaşinqtonun anti-Rusiya siyasətində hər hansı dəyişikliyin olacağını düşünmür.