Bu ölkədə yüksək keyfiyyətli un istehsal ediləcək

 17:18 26.07.2024     311

Gürcüstan yüksək keyfiyyətli un istehsal edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Çörəkçilər İttifaqının sədri Malxaz Dolidze bildirib.

“Buğdanın orta məhsuldarlığı hektardan 3,5 ton təşkil edir ki, bu da yaxşı göstəricidir. Eyni zamanda kəmiyyətlə yanaşı, keyfiyyət göstəriciləri də artıb və buna uyğun olaraq, bütün bunları nəzərə alsaq, yüksək keyfiyyətli gürcü unu əldə edəcəyik. Hesab edirəm ki, ölkədə çörək məhsulları istiqamətində sabit vəziyyət qorunacaq”, - sədr qeyd edib.

Sevinc İBRAHİMZADƏ