Özəl təhsil müəssisəsində oxuyan 26 uşaqda bağırsaq infeksiyası AŞKARLANDI

 17:39 26.07.2024     353

Sankt-Peterburqda özəl təhsil müəssisələrindən birində təhsil alan 26 uşaqda bağırsaq infeksiyası aşkarlanıb. 8 azyaşlı uşaq xəstəxanaya yerləşdirilib.

Redaktor.az xəbər verir ki, bu barədə "Rospotrebnadzor" şəhər administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Epidemioloji araşdırmanın ilk nəticələri uşaq bağçasında qrup izolyasiyası və dezinfeksiya tələblərinə əməl olunmadığını göstərib. İşçilər yataq dəstlərini vaxtında yumayıb, müntəzəm təmizlik tələblərinə də məhəl qoymayıblar.

İdarə tərəfindən bağçanın qida tədarükçüsü olan “RUTSİ” MMC-də də yoxlama aparılıb.

“RUTSİ” MMC-dən alınan xammal nümunələrinin laboratoriya müayinələrinin nəticələrinə əsasən, "salmonella" aşkar edilib”, - Rospotrebnadzor bildirib.

İdarədən bildirilib ki, müəssisədə məhsulların saxlanması və daşınması şəraiti ilə bağlı tələblərə əməl olunmayıb.  Araşdırmalar nəticəsində qurumdan 363 712 kq ərzaq məhsulları götürülüb.

Sevinc İBRAHİMZADƏ