Paşinyan Türkiyə ilə sərhədə getdi - VİDEO

 17:52 26.07.2024     393

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan-Türkiyə sərhədində yerləşən “Marqara” nəzarət-buraxılış məntəqəsinə baş çəkib.

Redaktor.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Paşinyanı bu səfərdə ölkənin Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan müşayiət edib.

Səfər zamanı Ermənistanın Baş naziri bir neçə ay əvvəl modernləşdirilmiş nəzarət-buraxılış məntəqəsinin imkanları ilə tanış olub. 

Xatırladaq ki, Ermənistan bir müddət əvvəl “Marqara” məntəqəsinin istismara hazır olduğunu açıqlayıb. İki ölkə arasında quru sərhədinin üçüncü ölkələrin vətəndaşları və diplomatik pasporta malik şəxslər üçün açılmasına dair razılaşma mövcuddur. Razılaşmanın icra tarixi hələ ki açıqlanmayıb.