Pezeşkian Netanyahunu tənqid ETDİ

 17:50 26.07.2024     255

İran Prezidenti Məsud Pezeşkian İsrailin baş naziri Binyamin Netanyahunun ABŞ Konqresindəki çıxışını tənqid edib.

Redaktor.az xəbər verir ki, bu barədə Prezident özünün X səhifəsində qeyd edib.

"Nə günahsız insanların, köməksiz uşaqların öldürülməsi cinayətinə göz yummaq olar, nə də cinayətkar ayaq üstə alqışlana bilər. Günahsızın qanı zalımın əlindən heç vaxt ayrılmayacaq", - o bildirib.

Xatırladaq ki, iyulun 24-də Netanyahu Senat və ABŞ Nümayəndələr Palatasının birgə iclasında çıxış edərək deyib ki, Qəzza zolağında hərbi əməliyyat Fələstin HƏMAS hərəkatı silahı yerə qoyub girovları azad edəndə başa çatacaq. Onun bu fikri alqışlanaraq qarşılanıb.

Türkan İSGƏNDƏRLİ