Meksikada güclü ZƏLZƏLƏ

 19:58 26.07.2024     480

Meksika sahillərində 5,4 bal gücündə zəlzələ qeydə alınıb.

Redaktor.az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Milli Seysmoloji Xidmət (SSN) məlumat yayıb.

Zəlzələ yerli vaxtla saat 08:28-də qeydə alınıb. Zəlzələnin episentri Syudad Akuna şəhərindən (Koahuila ştatı) 384 kilometr şimalda yerləşib. Zəlzələnin mənbəyi on kilometr dərinlikdə olub. Ölənlər barədə məlumat verilməyib.

Yusif EYVAZLI

Vumart və Güvən reklamı Vumart Güvən