ABŞ vətəndaşlarının əksəriyyəti Baydenin istefasını istəyir - SORĞU
Amerikalı seçicilərin əksəriyyəti bu fikirdədir ki, ABŞ prezidenti Co Bayden vaxtından əvvəl vəzifəsini tərk etməlidir.
Redaktor.az "gazeta.ru"ya istinadən xəbər verir ki, "Rasmussen Reports"un sorğusuna görə, bu fikri respondentlərin 52%-i dəstəkləyir.
Araşdırmaya görə, amerikalıların təxminən 76%-i ABŞ prezidentinin seçki yarışından geri çəkilmək qərarını müsbət qiymətləndirir. Onlardan 53%-i Baydenin bu addımını tam dəstəkləyir. Respondentlərin yalnız 18%-i Ağ Ev rəhbərinin seçki kampaniyasının dayandırılmasının əleyhinə olub.
Qeyd edək ki, iyulun 21-də Bayden prezidentlik yarışından çəkildiyini elan edib.
Yusif EYVAZLI