Partlayış baş verdi, 5 nəfər öldü

 09:00 27.07.2024     176

Çinin Henan əyalətində sənaye zonasında baş vermiş partlayış nəticəsində ən azı beş nəfər həlak olub, daha 14 nəfər yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Bildirilib ki, hadisə Yunçen şəhərindəki “Qaoçjuan” sənaye parkında baş verib. Partlayışın səbəbi “Zhongrui Nonferrous” şirkətinin zavodunda alüminium külçələrin hazırlanması üçün nəzərdə tutulmuş avadanlığın nasazlığı olub.

Qeyd olunub ki, polis obyektin işinə cavabdeh olan şəxsləri saxlayıb.

Hadisənin təfərrüatları araşdırılır, istintaq aparılır.