Rusiyada səfərbərlikdən söhbət getmir - Peskov
Rusiyada səfərbərlikdən söhbət getmir.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov yerli KİV-ə deyib.
"Səfərbərlik haqqında ümumiyyətlə heç kim danışmır, bu barədə söhbət getmir", - o deyib.
Qeyd edək ki, bundan əvvəl Rusiya Dövlət Duması və Müdafiə Nazirliyi də ölkədə səfərbərlik barədə müzakirələrin aparılmadığını açıqlayıblar.