Rusiya təyyarəsi qəzaya uğradı

 17:29 27.07.2024     222

Rusiyanın Volqoqrad vilayətində Su-34 bombardmançı təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb.

Redaktor.az xəbər verir ki, Müdafiə Nazirliyinin məlumatına görə, hər iki pilot katapult edib və xilas olub.

Təyyarə boş əraziyə düşüb. Uçuş döyüş sursatı olmadan həyata keçirilib.

Fövqəladə vəziyyətin ilkin səbəbi texniki nasazlıq olub.