Ukraynada hərbi fakültəni bitirməyən həkimlərə zabit rütbələri veriləcək

 20:58 27.07.2024     271

Ukraynalı həkimlərə hərbi fakültəni bitirməsələr belə, zabit rütbələri veriləcək.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin Kiyevdə keçirilən Hərbi Tibb və Psixi Sağlamlıq üzrə birinci illik beynəlxalq konqresdəki bəyanatında bildirilib.

Zelenski qeyd edib ki, o, hərbi təlim keçməmiş həkimlərə ilkin zabit rütbəsinin verilməsi ilə bağlı fərman imzalayıb.

Xatırladaq ki, 27 iyul Ukraynada Həkimlər Günüdür.