Harrisin prezident seçkilərində mümkün partnyorları məlum oldu

 10:45 28.07.2024     233

ABŞ-nin vitse-prezidenti Kamala Harrisin qarşıdan gələn prezident seçkilərində mümkün tərəfdaşları məlum olub.

Redaktor.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Harrisin tərəfdaşlar siyahısına Minnesota qubernatoru Tim Valz, Pensilvaniya qubernatoru Coş Şapiro və Arizona senatoru Mark Kelli daxildir.

Xatırladaq ki, iyulun 21-də ABŞ-nin hazırkı Prezidenti Cozef Bayden dövlət başçısı postuna yenidən seçilmək istəmədiyini elan edib və vitse-prezident Kamala Harrisin namizədliyini dəstəklədiyini bildirib.

ABŞ-də noyabrın 5-də prezident seçkiləri baş tutacaq.