Malidə “Vaqner”in döyüşçüləri pusquya salındı, 20-dən çox adam öldürüldü
Malidə yaraqlıların pusqusu nəticəsində “Vaqner” xüsusi hərbi təşkilatının təsisçisi Yevgeni Priqojinin varisi “Lotus” ləqəbli Anton Elizarov əsir düşüb.
Redaktor.az xəbər verir ki, bu barədə hərbi ekspert Boris Rojin öz teleqram kanalında məlumat verib.
“Yaraqlılar qum fırtınası zamanı hücuma keçərək taktiki sürprizə nail olublar. Həmçinin xeyli sayda hökumət əsgəri və bir neçə “Vaqner” döyüşçüsü əsir götürülüb. Əsirlər arasında məşhur “Lotus” da var idi, lakin o, artıq geri qaytarılıb”, - deyə o qeyd edib.
Belə ki, “Vaqner”in döyüşçülərindən ibarət kolonna Malidə tuareqlər tərəfindən pusquya salınıb. Atışmada 20-dən çox adam ölüb. Ölənlər arasında məşhur “Grey Zone” teleqram kanalının müəllifi də var.
Tuareqlər bir əsrdən artıqdır ki, müstəqil dövlət yaratmaq uğrunda mübarizə aparan döyüşkən Afrika qəbiləsidir. Fransızlar onların ərazilərini öz müstəmləkələri arasında bölüşdürüblər: Mali, Niger, Mərakeş və Əlcəzair.