İranın yeni vitse-prezidenti o oldu

 17:13 28.07.2024     283

İranın yeni Prezidenti Məsud Pezeşkian ilk təyinatını edib.

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, o, 72 yaşlı Məhəmməd Rza Arefin birinci vitse-prezident təyin edilməsi haqqında fərman imzalayıb.

Ona qədər bu postu Məhəmməd Möhbər tuturdu. O, seçkilərə qədər müvəqqəti olaraq İran Prezidenti vəzifəsini icra edib.

Qeyd olunub ki, Məhəmməd Rza Aref İran siyasətinin islahatçı qanadına aiddir və islahatçı prezident Məhəmməd Hatəminin dövründə 2001-2005-ci illərdə İranın birinci vitse-prezidenti vəzifəsində çalışıb.

Xatırladaq ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən 8 nəfər helikopter qəzasında öləndən sonra növbədənkənar prezident seçkiləri elan edilib. Seçkilərdə 53,6% səs toplayan M.Pezeşkian İranın 9-cu prezidenti seçilib.