Netanyahu Livanla bağlı vəziyyətə görə hərbi-siyasi kabinetin iclasını çağırdı
İsrailin baş naziri Benyamin Netanyahu hökumətin əsas nazirləri ilə görüş keçirib.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, məsləhətləşmələr Livanla sərhəddə vəziyyətin kəskin pisləşməsi fonunda keçirilir.
"Baş nazir Benyamin Netanyahu hazırda Tel-Əvivdəki Kiriya kompleksində Milli Təhlükəsizlik Məsələləri üzrə Nazirlər Komitəsinin (hərbi-siyasi kabinet) iclasını keçirir", - Netanyahunun ofisin açıqlamasında deyilir.
Qeyd olunur ki, Netanyahu bundan əvvəl Tel-Əvivdə kəşfiyyat xidmətləri və ordu rəhbərlərinin iştirakı ilə də əməliyyat iclası keçirib.