"Google" ABŞ-dəki seçkilərə müdaxilə ETDİ - VİDEO
"Google" ABŞ-nin keçmiş prezidenti Donald Trampla bağlı sorğuları bloklayaraq ölkədəki prezident seçkilərinə müdaxilə edə bilər.
Redaktor.az xəbər verir ki, bu barədə amerikalı iş adamı və sahibkar İlon Mask "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
“"Google"da Donald Trampla bağlı axtarışlara qadağa qoyulub. Seçkiyə müdaxilə?", - Mask yazıb.
O, postda axtarış sisteminə “Prezident Donald” yazdığınız zaman sistemin “Prezident Donald Reagan” və ya “Prezident Donald Duck” sözlərini qaytardığını göstərən skrinşot əlavə edib.
Sevinc İBRAHİMZADƏ
Here’s the video of it for when they try to deny it pic.twitter.com/nymZilGcGH
— Libs of TikTok (@libsoftiktok) July 29, 2024