Yüksək temperaturla bağlı XƏBƏRDARLIQ
Fransanın 13 əyalətində isti hava ilə əlaqədar narıncı xəbərdarlıq elan edilib.
Redaktor.az xəbər verir ki, bu barədə Fransa Meteorologiya İdarəsi məlumat yayıb.
Məlumata görə, ölkənin cənubuna təsir edəcək temperaturlar şimal bölgələrinə də keçəcək. Ümumilikdə həftənin əvvəlində 35-38 dərəcə isti olacağı proqnozlaşdırılan temperaturun iyulun 31-dək davam edəcəyi gözlənilir.
Bu şərtlərin Fransanın paytaxtı Parisdə avqustun 11-dək davam edəcək Olimpiya Oyunlarına necə təsir edəcəyi gündəmdə olub və yüksək hərarətin idmançılara mümkün təsirləri narahatlıq yaradıb.
Türkan İSGƏNDƏRLİ