Leysan nəticəsində 60-a yaxın insan ÖLDÜ
Hindistanda leysan yağışlar nəticəsində 56 nəfər həyatını itirib.
Redaktor.az xəbər verir ki, bu barədə "Hindustan Times" məlumat yayıb.
Məlumata görə, 21 nəfər hündür yerdən yıxılaraq, 18 nəfər suda boğularaq, 8 nəfər ilan sancması və elektrik cərəyanı vurması, 1 nəfərin isə sel nəticəsində ölüb.
Güclü yağışlar həmçinin, 100-ə yaxın evə zərər vurub.
Meteorologiya səlahiyyətliləri, önümüzdəki günlərdə əyalətin bəzi bölgələrində güclü yağışların daha da güclənəcəyi barədə xəbərdarlıq edib.
Türkan İSGƏNDƏRLİ