Netanyahu 150 uşağın müalicəsinə mane OLDU

 10:36 29.07.2024     202

İsrailin baş naziri Benyamin Netanyahu müalicə üçün Birləşmiş Ərəb Əmirliklərinə getməsi planlaşdırılan 150 fələstinli uşağa icazə verməyib.

Redaktor.az xəbər verir ki, Netanyahu Məcdel Şəms hücumundan sonra uşaqların Qəzzanı tərk etməsini təxirə salmaq qərarına gəlib. Bunun hücum ilə hansı əlaqəsi olduğu və onların getməsi yeni tarixin müəyyən edilib-edilmədiyi barədə məlumat verilməyib.

Məsələ ilə bağlı hər iki cəbhədə sükut hökm sürür. 

Xatırladaq ki, İsrailin işğalı altında olan Colan Təpələrindəki Majdel Şəms qəsəbəsində futbol meydançasına raketin düşməsi nəticəsində aralarında uşaqların da olduğu 12 nəfərin öldüyü, 17-si ağır olmaqla 35 nəfərin yaralandığı açıqlanıb. 

Netanyahu İsrailin bu ölümcül hücumu bir kənara qoymayacağını, Hizbullahın indiyə qədər heç vaxt ödəmədiyi ağır bədəli ödəyəcəyini qeyd edib. Lakin Hizbullah bunun onlar tərəfindən həyata keçirildiyinə dair iddiaları təkzib edərək, hadisə ilə heç bir əlaqəsinin olmadığını bildirib.

Türkan İSGƏNDƏRLİ