Hakan Fidan İrana GEDİR

 12:25 29.07.2024     273

Türkiyənin Xarici işlər naziri Hakan Fidan Tehrana gedir.

Redaktor.az xəbər verir ki, bu barədə nazirlik məlumat verib.

Səfərin məqsədi İranın seçilmiş prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etməkdir. O,  sabah yəni 30 iyul yola düşəcək.

Xatırladaq ki, Məsud Pezeşkian iyulun 5-də İranda keçirilən prezident seçkilərinin ikinci turunda qalib gəlib.

Türkan İSGƏNDƏRLİ

 

Vumart və Güvən reklamı Vumart Güvən