Belarus ŞƏT-ə üzvlüyündə böyük perspektivlər görür - Lukaşenko

 17:08 29.07.2024     270

Belarusun Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) iştirakı investisiyaların cəlb edilməsi və Belarus məhsullarının ixracı üçün yeni imkanlar açır.

Redaktor.az xəbər verir ki, bu sözləri Belarus dövlətinin başçısı Aleksandr Lukaşenko deyib.

"ŞƏT böyük perspektivlər üçün böyük şansdır. Buna nəhəng mal və xidmətlər bazarına çıxış üçün əlavə imkanlar, təcrübə mübadiləsi, investisiyaların cəlb edilməsi, logistika və hesablaşmaların şaxələndirilməsi, siyasi risklərin azaldılması və başqaları aiddir", o qeyd edib.

Qeyd edək ki, iyulun əvvəlində Astanada keçirilən ŞƏT sammitində Belarus təşkilatın tamhüquqlu üzvü olub.

Türkan İSGƏNDƏRLİ