ABŞ İsrailə silah tədarükünü sürətləndirəcək?
"Hazırda ABŞ Livanla sərhəddə vəziyyətin kəskin şəkildə gərginləşməsinə baxmayaraq, İsrailə silah tədarükünü sürətləndirməyi planlaşdırmır".
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib .
Kirbi xatırladıb ki, Amerika silahlarının İsrail arsenallarına tədarükü 2023-cü ilin oktyabrından “düzgün sürətlə” gedir.
"Bu baxımdan heç nə dəyişməyib", - deyə o bildirib.
Yusif EYVAZLI