İğtişaşlar vaxtı 20-dən çox hərbçi YARALANDI
Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopez ölkədə prezident seçkilərindən sonra başlayan iğtişaşlarda 23 hərbçinin yaralandığını bildirib.
Redaktor.az xəbər verir ki, o, bu barədə X sosial media platformasında yazıb.
Məlumata görə, onlardan bəziləri güllə yarası alıb, bəziləri də zorakılığa məruz qalıb.
Müdafiə naziri vurğulayıb ki, hakimiyyət 2014, 2017 və 2019-cu illərdə genişmiqyaslı etirazlar və iğtişaşların insan tələfatına səbəb olduğu hadisələrin təkrarlanmasına imkan verməyəcək.
Qeyd edək ki, Bundan əvvəl Karakas və Venesuelanın digər şəhərlərində etiraz aksiyaları və polislə toqquşmalar baş verib, etirazçılar hökumət əleyhinə şüarlar səsləndirib və hakimiyyəti seçkilərin nəticələrini saxtalaşdırmaqda ittiham ediblər.
Xatırladaq ki, iyulun 28-də Venesuelada prezident seçkiləri keçirilib. Milli Seçki Şurasının məlumatına görə, bülletenlərin 80%-nin hesablanması nəticəsində hazırkı dövlət başçısı Maduro 51,2 faiz səs toplayıb. Onun əsas rəqibi, ifrat sağçı partiyaları təmsil edən Edmundo Qonzales 44,2% səs toplayıb. Müxalifət liderlərindən biri olan Korina Maçado seçkinin nəticələrini tanımaqdan imtina edərək, Qonzalesi qalib elan edib.
Türkan İSGƏNDƏRLİ