Maduro və Qonzales arasındakı siyasi yarış - LİDER KİMDİR?
Venesuelada prezident seçkilərinin səsvermə nəticələri ABŞ-nin nəzərdən keçirdiyi müstəqil məlumatlara uyğun gəlmir və buna görə də Vaşinqton Latın Amerikası ölkəsinə qarşı yeni sanksiyalar tətbiq edə bilər.
Redaktor.az xəbər verir ki, "Reuters" və "Bloomberg" bu barədə Amerika prezidenti Co Bayden administrasiyasının yüksək vəzifəli rəsmilərinə istinadən yazır.
İyulun 29-da Venesuela prezidentliyinə namizəd Nikolas Maduronun qərargahı onun qələbəsini elan edib. Müxalifət siyasətçinin qələbəsini tanımayıb və Edmundo Qonzalesi qalib elan edib. Müxalifət lideri Maria Korina Maçado hərbçilərə müraciət edərək Maduronun istefasını tələb edib.
"Bloomberg"in məlumatına görə, Edison Research (ABŞ) tərəfindən keçirilən exit-poll Edmundo Qonzalesin 30 faizdən çox qalib gəldiyini göstərib. Eyni zamanda, "Hinterlaces" kimi yerli firmalar Maduronun exit-poll-da liderliyini qeyd ediblər.
"Reuters" həmçinin bildirir ki, Bayden administrasiyası Maduroya təfərrüatlı səslərin nəticələrini dərc etmək üçün təzyiqi artırmaqda israr edəcək, əks halda beynəlxalq ictimaiyyət elan edilmiş nəticələri qəbul etməyə razı olmayacaq.
Sevinc İBRAHİMZADƏ