Paris-2024: Triatlon yarışı təxirə SALINDI
Paris 2024-də kişilərin fərdi triatlon yarışı təxirə salınıb.
Redaktor.az xəbər verir ki, buna səbəb Sena çayında suyun keyfiyyətinin tələb olunan standartlara uyğun olmamasıdır.
Bildirilib ki, havanın qeyri-sabit keçməsi, yağan güclü yağış çayı çirkləndirib. Hazırda Senada suyun keyfiyyəti ilə bağlı sınaqlar aparılır. Məlumata görə, çayın təmiz olması üçün bərpa layihəsinə təxminən 1,4 milyard avro xərclənib.
Qeyd edək ki, kişi triatlonu çərşənbə axşamı, qadın triatlonu çərşənbə günü keçirilməli idi.