Peru Venesuela diplomatlarına vaxt VERDİ

 11:39 30.07.2024     290

Venesuelalı diplomatlar 72 saat ərzində ölkəni tərk etsinlər.

Redaktor.az xəbər verir ki, bu barədə Peru Xarici İşlər Nazirliyi göstəriş verib.

Buna səbəb, Venesuela Xarici İşlər Nazirliyinin tanımaqdan imtina edən Argentina, Dominikan Respublikası, Kosta-Rika, Panama, Peru, Uruqvay və Çilidən olan diplomatlarını geri çağırması olub.

Xatırladaq ki, iyulun 28-də Venesuelada prezident seçkiləri keçirilib. Bülletenlərin 80%-nin hesablanması nəticəsində hazırkı dövlət başçısı Maduro 51,2 faiz səs toplayaraq qalib olub.

Türkan İSGƏNDƏRLİ