İran ABŞ-nin ittihamlarını təkzib ETDİ

 13:31 30.07.2024     226

Tehran ABŞ-nin qarşıdan gələn prezident seçkilərinə mane olmaq niyyətində deyil.

Redaktor.az xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani bildirib.

"İran ABŞ seçkilərinə qarışmaq niyyətində deyil və bunun üzərində çalışmır. Bu ittihamların əksəriyyəti gərgin seçki kampaniyası təəssüratı yaratmağa yönəlmiş psixoloji əməliyyatlardır", - o qeyd edib.

Xatırladaq ki, iyulun 29-da ABŞ Milli Kəşfiyyatının direktoru Avril Hayns hesabat yayaraq Tehranın noyabrın 5-də ABŞ-də keçiriləcək prezident seçkilərini “yönləndirməyə” çalışdığını iddia edib. 

Türkan İSGƏNDƏRLİ