Meksika Venesueladakı seçki nəticələrini TANIYACAQ

 14:25 30.07.2024     184

Venesuelada keçirilən prezident seçkilərinin rəsmi nəticələrinə hörmətlə yanaşacağıq.

Redaktor.az xəbər verir ki, bu sözləri Meksika prezidenti Andres Manuel Lopez Obrador deyib.

"Venesuela prezidenti Nikolas Maduro ilk nəticələrə görə öndədir. Seçki Şurası bunu təsdiq edərsə, Venesuela xalqının seçdiyi hökuməti tanıyacağıq, çünki bu, demokratiyadır", - o qeyd edib. 

Xatırladaq ki, Venesuela Seçki Şurasının açıqladığı nəticələrə görə, Maduro 51,20 faiz səslə üçüncü dəfə prezident seçkilərində qalib gəlib.

Türkan İSGƏNDƏRLİ